Misirin paytaxtı Qahirə yaxınlığında yük qatarı ilə sərnişin avtobusu toqquşub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 4 nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib.