Bu gündən etibarən Gürcüstanda açıq havada qoruyucu maskadan istifadə tələbi aradan qaldırılıb.

Unikal.org xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili brifinqdə bildirib.

O, maskadan ictimai nəqliyyat və qapalı məkanlarda istifadənin məcburi olacağını qeyd edib.

Gürcüstan hökumətinin digər qərarı ilə iyulun 1-dən komendant saatı tətbiq edilməyəcək.