Türkiyə polisi Manisa bölgəsində  fahişəlik və əxlaqsız yuva üçün şərait yaradanlarla bağlı əməliyyat həyata keçirib. Fahişəlik Əməliyyatın baş tutduqları evdə Azərbaycan vətəndaşı 48 yaşlı S.S. saxlanılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 48 yaşlı qadın deportasiya edilməsi üçün Geri Qaytarma Mərkəzinə göndərilib.  

Saxlanılan Türkiyə vətəndaşı A.Ş. (53) fahişəlik və əxlaqsız yuva üçün şərait yaratmaqda günahlandırılıb və məhkəməyə sövq edilib.  

Polisin basqın etdiyi ev 30 gün müddətinə möhürlənib.