“Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir”.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov “Ekspert saatı”nda deyib.

O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir: “Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orda infrastruktur yaradılsın”.