Şəmkir rayonunda ümumi sahəsi 7000 kvadrat metr olan istixananın polietilen üzlüyü 2000 kvadrat metr sahədə yanıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.