Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

Unikal.org xəbər verir ki, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)