Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.