Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Bildirilir ki, dünyaya gələn 100-cü şəhid övladının adı Vüqar Məmmədovdur.

Atasının adını daşıyan körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.