Bakının Mərdəkan qəsəbəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

***

13:20

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb: “Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib”.