Kanadanın Saskaçevan ştatında internat məktəbinin həyətində yüzlərlə cəsəd aşkarlanıb.

Unikal.org  xəbər verir ki,  məktəbin həyətində  yüzlərlə  uşağın qalıqları  tapılıb.  Hökumət bu barədə məlumatı təsdiqləyib. 

Ştatın rəisi  Bobby Cameronun açıqlamasında ərazidə  Kanadada indiyə qədər tapılan ən böyük məzarlıq olduğunu vurğulayıb.  Məktəbin həyətində  araşdırmalar aparılır. 

Qeyd edək  ki, bundan əvvəl Kamlopps şəhərindəki internat kilsə məktəbinin həyətində 215 uşağın qalıqlarını ehtiva edən qeydiyyatsız qəbirlər aşkar edilmişdi.