Ermənistanda son sutka ərzində daha 103 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 224 533 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4505-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1096 nəfərdir.

Aktiv xəstələrin sayı 2620 nəfər təşkil edir.