Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında general-mayor Mayis Bərxudarovun iki qardaşı da var.

Unikal.org xəbər verir ki, Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.

Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.