Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 102 yoluxma halı qeydə alınıb.

Unikal.org-un verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 635-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 505 nəfərdir.