“Biz artırılan məhkəmə rüsumlarının 50 faizinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini bildiririk. Bu, düzgün deyil”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə münasibət bildirən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil.