Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Hyundai” və “Niva” markalı avtomobillər toqquşub. Hadisə zamanı zərbənin təsirindən “Niva” markalı avtomobil yolun kənarındakı bordürü aşaraq dəyəri təxminən 50 min manat olan dekorativ kol bitkisinə ziyan vurub. Bundan başqa, yol təsərrüfatına da ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.(report)