"Mülki dillə ifadə etsək, müharibə Silahlı Qüvvələr üçün bir imtahandır. İmtahanı biz verdik, amma bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı. Bizim zabitlər Türkiyədə hərbi təhsil alırdı, hissə və birləşmələrimiz təlimlər keçirdi".

Unikal.org xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

"Möhtərəm cənab Prezident keçən il çıxışında hərbi əməkdaşlıqdan danışarkən dedi ki, təkcə 2019-cu ildə 13 irimiqyaslı birgə hərbi təlimlər keçirilib. Bu təlimlər ona görə keçirilirdi ki, Türkiyə Silahlı Qüvvələrinin zabitləri bizim zabitlərin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün dəstək olurdular", - nazir əlavə edib.