Təhsil naziri Emin Əmrullayevin iyunun 25-də imzaladığı müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin olunub.

Unikal.org xəbər verir ki, əmrə əsasən Könül İsak qızı Pirverdiyeva Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.