“Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq yaranıb. Dərhal sərnişinlər qatardan boşaldılıb, qatar sərnişinsiz yola salınıb. Xəttə əlavə qatar buraxılıb.