Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və kollektivi, eləcə də Akademiyanın Elmi-Tədris Laboratoriyasının tibbi heyəti Vətən müharibəsi qazisi Amin Musayevi doğum günü münasibətilə təbrik edirlər.

Unikal.org xəbər verir ki, Vətən müharibəsində igidlik göstərən Amin Musayev yaralanaraq əsir düşsə də, düşmənin işgəncələrinə mətinliklə dözən qəhrəman oğullarımızdandır.

Qeyd edək ki, Amin Musayev 9 iyun 2021-ci il tarixindən Akademiyanın Elmi-Tədris Laboratoriyasında tibbi heyətin köməyi ilə fiziki reabilitasiya prosesinə başlayıb.