REAL Partiyasının sədri İlqar Məmmədov rəsmi feysbuk hesabında ofislərində iməcilik işlərinin görülməsi ilə bağlı foto paylaşıb. 

Unikal.org  xəbər verir ki, fotoda İ.Məmmədovla yanaşı, onun müavini Natiq Cəfərli də yer alıb. Hər iki partiya mənsubunun təmir işləri zamanı gündəlik geyimdə olması və şəkillərin görüntü xətrinə çəkilməsi müzakirələrə səbəb olub.

Həmçinin divarda Azərbaycanın yenilənməmiş xəritəsinin olması da müzakirələrə səbəb olub. İ.Məmmədov xəritənin artıq çıxarıldığını açıqlayıb.