"SkyUp" aviaşirkəti Ukraynanın Lvov şəhərindən Bakıya birbaşa uçuşlara başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, bu marşrut üzrə ilk reys iyulun 4-ü həyata keçirilib.

Bildirilir ki, Lvov şəhərindən Bakıya uçuşlar həftədə 1 dəfə olmaqla bazar günləri, Bakıdan Lvov şəhərinə uçuşlar isə bazar ertəsi günləri həyata keçiriləcək.