Dünyaca məşhur rejissor Riçard Donner 91 yaşında vəfat edib.

Unikal.org xarici  KİV-ə istinadən  xəbər verir ki, amerikalı rejissorun hansı səbəbdən öldüyü açıqlamayıb.

Qeyd edək ki, karyerasına aktyor kimi başlayan Riçard daha sonra rejissor və prodüser kimi fəaliyyət göstərib. 70-dən çox film və televiziya serialının rejissoru olub. "Omen", "Superman", "X Men" kimi uğurlu ekran işləri bunlardan bir neçəsidir.