Hindistanda koronavirus səbəbi ilə ölənlərin küllərindən park salınacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Bhopal şəhərində, COVID-19 pandemiyasından ölənlərin küllərindən istifadə edilərək 1100 kvadratmetrlik bir ərazidə park salınmasına qərar verilib.

Krematorium İdarəetmə Komitəsinin katibi Mamteş Şarma, “PTI” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, 15 mart - 15 iyun arasındakı üç aylıq zaman kəsiyində koronavirusdan dünyasını dəyişən 6 mindən çox cəsəd krematoriyada yandırılıb. Həmçinin o, qeyd etdi ki, ölənlərin ailə üzvlərinin çoxu onların sümüklərini götürüb saxlayır, külləri isə qalır. Buna görə də 21 yük maşını dolusu kül yığılıb.

Daha sonra onlar 21 yük maşını külləri çaya tökmək əvəzinə bir park salınmasına qərar veriblər.

Nəzərə çatdıraq ki, park şəhərin ən böyük krematoriyalarından biri olan Bhadbada  - Vişram Qat-da təxminən 1100 kvadratmetr ərazidə inşa ediləcək. Sözügedən park ərazisi kül, torpaq, qum və digər materiallarla hazırlanacaq.

Ağarza Elçinoğlu