Rusiyada son sutka ərzində daha 23 378 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların 5 658 672 nəfərə çatıb.

Son sutka ərzində 737 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayanda sutka ərzində vəfat sayında rekord rəqəmdir.

Koronavirusdan ölənlərin sayı 139 316 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.