"Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib".

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" komandasının kapitanı Giorgi Papava evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi oyunun çətin keçəcəyini bildirib: "Nəticəni indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik".

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.(report.az)