Türkiyənin Adıyaman  ərazisində  qohumlar arasında düşən dava ölümlə nəticələnib.  

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,   yolda qarşılaşan iki əmioğlu arasında mübahisə yaşanıb.  Daha sonra  Orxan C. adlı şəxs  Həsən C.-i bıçaqlayıb.  

Hadisə  nəticəsində Həsən C. aldığı   bıçaq zərbələrindən  yerindəcə  həyatını itirib. Orxan C. isə  hadisə yerindən qaçıb.  Lakin qohumların davası  ərazidəki müşahidə  kameralarına  əks olunub. 

Polis  Orxan C. axtarışına başlayıb.