Türkiyənin Konya şəhərində  dəhşətli anlar  yaşanıb. 

Unikal.org xəbər verir ki, naməlum səbəbdən tibb bacısı yaşadığı mənzilin eyvanına çıxaraq  özünə bıçaqla zərər  yetirib. Belə ki, o,  kəsici  alətlə  boğazını  və  qollarını kəsib.  Həmin anlar kamerlarına əks  olunub. 

Qonşuların bildirişi üzərinə hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları sövq edilib. 2 saatdan sonra qadın xilasedicilərin köməyi  ilə aşağıya endirilib. O, qısa zamanda xəstəxanaya yerləşdirilib.  

Polis  faktla bağlı  araşdırmalara başlayıb.