"Ermənistan öz dövlət büdcəsindən Qarabağ üçün 17 milyon dollarlıq kredit açmağa qərar verib".

Unikal.org xəbər verir ki,  bununla bağlı deputat Fazil Mustafa  rəsmi "Facebook" hesabında paylaşım edib. Deputat bildirib  ki, haqlı  olaraq  öz narazılığımızı  rəsmi şəkildə  bildirməliyik:

"Ümumiyyətlə, ABŞ və Avropa Birliyinin də bu istiqamətdə atılan addımlarına rəsmi münasibətimizi ortaya qoymaq vacibdir. Azərbaycan ərazisində hansısa əhali qrupuna yardım ancaq Azərbaycan üzərindən və Azərbaycanın razılığı ilə edilə bilər. "Bu etirazların xeyri yoxdur" deyib keçməyək, hər sənədin sabah hansısa işimizə yarayacağına inanaraq addım atmamız məqsədəuyğun sayılmalıdır".