Yamayka dövləti Kraliça 2-ci Yelizavetadan, İngiltərənin transatlantik kölə ticarətindəki roluna görə hadisə qurbanları və onların ailələrinə görə təzminat istəyəcək.

Unikal.org xəbər verir ki, Yamayka hökuməti köləliyin zərərli təsirlərinin hələ də davam etdiyi üçün Kraliça və İngiltərəyə qarşı təzminat davası üçün bir ərizə hazırlayacaq.

Mədəniyyət və İdman Naziri Oliviya Qrenç, transatlantik kölə ticarətinin qurbanları və onların ailələri üçün ədalət mühakiməsində səylərini davam etdirdiklərini bildirməkdən məmnunluq duyduqlarını ictimaiyyətə bildirib. 

Qeyd edək ki, təzminat ərizəsi addımı Yamaykadakı müxalif partiya olan Milli Xalq Partiyası (MXP) tərəfindən də dəstəklənib. 

Ağarza Elçinoğlu