NASA-nın Beynəlxalq Kosmik Stansiyasının (BKS) canlı yayımında olan görüntülər müzakirələrə səbəb olub. 

Unikal.org xəbər verir ki, diqqət çəkən görüntüdə ən azı 10 naməlum obyekt hərəkət edir. 

Yer planetindən başqa digər qalaktikalarda yaşamın olub-olmaması hələ də gündəmdə qalan məsələlərdəndir. Lakin hələ kainatda tək olmadığımız haqqında heç bir rəsmi fakt yoxdur. Ancaq NASA-nın canlı yayımında görünən yad cisimlər yenidən bu mövzunu gündəmə gətirib. 

ABŞ isə son həftələrdə dünyanın səbirsizliklə gözlədiyi UFO-lar haqqında hesabatını yayımlayıb. Hesabatı hazırlamaq üçün ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Donanma pilotları tərəfindən 20 il ərzində bildirilən 140-dan çox məlumatı araşdırıb. 

Məlumata görə, Amerika kəşfiyyatı səlahiyyətliləri Donanma pilotlarının gördüyü cisimlərin  yadplanetlilər olduğuna inanmırlar. Ancaq bu uçan cisimlərin də nə olduğunu izah edə bilmirlər. 

Ağarza Elçinoğlu