Sumqayıtda karantin qaydalarını pozan market sahibi 4000 manat cərimələnib.

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Army” marketdə karantin qaydalarının pozulduğu məlum olub. Tətbiq olunan qaydaları pozduğuna görə, marketin sahibi, Abşeron rayon Xırdalan şəhəri məhəllə 27 ev 18 v mənzil 31-də qeydiyyatda olan 1982-ci il təvəllüdlü Tağıyev Səhrab Sahir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən protokol tərtib olunub.  Qanunvericiliyin tələbinə əsasən S. Tağıyev vəzifəli şəxs qismində 4000 manat cərimələnib. 

Market rəhbərliyinə bir daha belə halların baş verilməməsi üçün xəbərdarlıq edilib.

Seymur Əli