Çinin texnologiya işləri üzrə mütəxəssisləri uşaqların axşam saat 10:00-dan sonra oyun oynaya bilməməsi üçün bəzi qərarlar verib. 

Unikal.org xəbər verir ki, bundan sonra bir çox məşhur oyun üçün üz tanıma sistemi tətbiq ediləcək. 

Dünyanın aparıcı oyun və texnologiya şirkətlərindən biri olan Tencent, bu tətbiqi Çində oyun asılılığının qarşısını almaq üçün həyata keçirəcək.

Yeni əlavəyə əsasən, 18  yaşdan aşağı olan şəxslər axşam saat  22: 00-dan səhər saat 08:00-a qədər mobil oyunlar oynamaq üçün kimliklərini təsdiq etməli olacaqlar. 

Ağarza Elçinoğlu