İsveçin Orebro şəhərində təyyarə qəzası baş verib.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Onlardan 7-si hadisə zamanı həlak olub. 2 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Təyyarədə paraşütçülər olub. Layner havaya qalxandan bir neçə dəqiqə sonra paraşütçülər tullanmağa hazırlaşarkən yerə çırpılıb.

Təyyarə yerə çırpılandan sonra alışıb. Hadisənin səbəbləri araşdırılır.