Əfqanıstanda gərgin vəziyyət səngimık bilmir.  

Unikal.org xarici  xəbər verir ki, Taliban artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib.

Taliban nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib. Talibanın sözçüsü isə "RİA Novosti"yə verdiyi açıqlamada qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.