Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “AN-26” sərnişin təyyarəsinin “qara qutu"sundan biri tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə  “RİA Novosti” məlumat yayıb. 

Qeyd edək ki, iyulun 6-da Petropavlovsk-Kamçatka istiqamətində uçuş edən təyyarənin qəzaya uğraması nəticəsində 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Onların 19-nun meyitinin sudan çıxarıldığı bildirilib.