Banqladeşdə qida və içki zavodlarının birində yanğın baş verib.

Unikal.org-un Banqladeşin yerli TV-lərinə istinadən verdiyi məlumata görə, paytaxt Dakka şəhərinin xaricində yerləşən fabrikdə baş verən yanğında ən azı 49 nəfər dünyasını dəyişib. 

Yanğın cümə axşamı Dakka şəhəri yaxınlığındakı "Hashem Food and Beverage" LTD-nin çoxmərtəbəli binasında baş verib.

Bildirilir ki, indiyə qədər cəsədlərdən azı 17-si tapılıb. 

Ağarza Elçinoğlu