İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 3 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org xəbər verir ki,  cəsədlər Hadrut qəsəbəsində tapılıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Qeyd edək ki,  ümumilikdə axtarışlar başlayan  gündən (13 noyabr)  bu günə qədə 1601 erməninin qalıqları tapılıb.