Heyvansevərlərin uzun müddətdir gözlədikləri "Heyvan Hüquqları Layihəsi" Türkiyədə Milli Məclisin Baş İclasında qəbul edilib.

Unikal.org xəbər verir ki, bu qərara görə, heyvanlara işgəncə vermək və onları küçəyə atmaq, həmçinin, pişik və itlərin heyvan mağazalarında saxlanması qadağandır.

Qanun heyvanları "əşya" və ya "mal" olaraq deyil, bir "canlı" kimi qorumaq məqsədi daşıyır. 

Nəsli kəsilməkdə olan bir heyvanı öldürənlər 1 ildən 5 ilədək, onları məhv edənlər isə 5 ildən 10 ilədək həbs cəzasına məhkum ediləcək.

Bundan əlavə, ev heyvanını öldürənlər 6 aydan 4 ilədək, heyvanlara işgəncə verənlər isə 6 aydan 3 ilə qədər həbs olunacaq. Heyvanları bir-biri ilə məcbur dalaşdıranları 3 aydan iki ilə qədər həbs cəzası gözləyir. 

Təhlükəli növ heyvanların alınması və evcilləşdirilməsi qadağandır.

Ağarza Elçinoğlu