Rusiyada 63 yaşlı təqaüdçüdən 85 kiloqramdan çox çətənə bitkisi götürülüb.

Unikal.org xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlum olub ki, yaşlı qadın bağında 452 çətənə kolu yetişdirib.

Moskva yaxınlığında yaşayan və adı açıqlanmayan təqaüdçünüyə qarşı narkotik bitkilərin qanunsuz becərilməsi ilə bağlı cinayət işi başlanıb.