Əlcəzairin şimal-şərqində turistləri daşıyan avtobusun yük avtomobilinin qoşqusu ilə toqquşması nəticəsində azı 18 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil qəzası Cijel və Konstantin şəhərlərini birləşdirən yolda baş verib. Yaralanan 11 nəfər xəstəxanaya yerləşdirilib.

Polis hadisənin səbəbini araşdırır.