Ermənistanda, Yerasx-İrəvan yolunun 14-cü kilometrliyində qəza baş verib.

Unikal.org erməni  KİV-ə istinadən  xəbər verir ki, hərbçiləri daşıyan “UAZ-Patriot” maşını “Opel”lə toqquşub. Toqquşma zamanı yük maşını aşıb və orada olan məzdlu hərbçiləridən 1-i ölüb, 5-i isə ağır yaralanıb.

Hadisə ilə bağlı “Opel”in sürücüsü həbs edilib.