Rusiyanın Çelyabinsk vilayətinin Kartalinsk rayonunda başlayan meşə yanğını davam edir.

Unikal.org xəbər verir ki, yanğın artıq vilayətin 3 rayonunda 5 min hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə 500 canlı qüvvə, 115 texnika, eyni zamanda 4 yanğınsöndürmə qatarı və helikopterlər cəlb edilib.