Türkiyənin  Sivas  ərazisində bir müddətdir itkin  düşən Həsən Əli adlı şəxsin parçalanmış cəsədi  aşkar edilib. 

Unikal.org xəbər verir ki,  meşəyə odun yığmaq üçün evdən ayrılan yaşlı şəxslə daha sonra əlaqə saxlamaq mümkün olmayıb.  Bundan narahat olan kişinin qardaşları jandarmaya xəbər verərək, birlikdə axtarışa çıxıblar. 

Günlərdir davam edən axtarış kişinin parçalanmış cəsədinin tapılması  ilə yekunlaşıb. İlkin ehtimallara görə, Həsən Əli  ayının hücumuna məruz qalıb. Şəxsin parçalanmış cəsədi  toplanaraq tibbi  ekspertizaya göndərilib. 

Faktla bağlı araşdırma aparılır.