Somali Prezidentinin iqamətgahı yaxınlığında ən azı 4 minaatan mərmisi partlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Somalinin "Shabelle Media Network" xəbər portalı məlumat yayıb. Onun sözlərinə görə, partlayışlar iqamətgahın yaxınlığında yerləşən evlərə təsir göstərib. Qurbanlarla bağlı məlumat hələ bildirilməyib.