Dünya üzrə tətbiq olunan koronavirus vaksinləri 3 milyard 416 milyon dozu ötüb.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki, Çin 1 milyard 374 milyon dozla ən çox vaksin vurulan ölkədir.

Bu ölkəni 376 milyon 32 min ilə Hindistan, 333 milyon 565 min ilə ABŞ, 112 milyon 774 min ilə Braziliya, 81 milyon 333 min ilə Almaniya, 80 milyon 327 min ilə İngiltərə, 59 milyon 124 min ilə Fransa, 57 milyon 712 min ilə Türkiyə, 57 milyon 350 min ilə Yaponiya, 57 milyon 209 min ilə İtaliya, 51 milyon 162 min iləe İndoneziya, 49 milyon 860 min ilə Meksika, 47 milyon 334 min ilə Rusiya, 46 milyon 612 min ilə İspaniya, 42 milyon 223 min ilə Kanada, 31 milyon 258 min ilə Polşa, 24 milyon 518 min ilə Argentina, 23 milyon 700 min ilə Çili, 20 milyon 328 min ilə Cənubi Koreya və 20 milyon 605 min ile Kolumbiya izləyir.

Əhali sayı ilə müqayisədə ən çox vaksin vurulan ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkədə hər yüz nəfərə 160,92 doz vaksin vurulub.