İsrailin prezidenti İshaq Herzoq, Fələstinli həmkarı Mahmud Abbasa müraciət edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrail presidenti  iki tərəf arasında dialoqu yenidən başlatmaq istədiyini bildirib.

O bu barədə prezident İ.Herzoq "Twitter"də məlumat yayıb: 

"Bu axşam Fələstinin Prezidenti Abbasla danışdım və ona İsrailin əvvəlki prezidentləri kimi fələstinlilərlə israillilər arasında dialoqu davam etdirməyi planlaşdırdığımı çatdırdım". 

O, dialoqun əlaqələrin yaxşılaşdırılmasına və iki xalq arasında barışın yaradılmasına kömək edəcəyinə ümid etdiyini deyib. 

M.Abbas isə hərtərəfli və ədalətli bir sülh üçün lazımi şəraitin yaradılması yolunda əməli addımların atılmalı olduğunu nəzərə çatdırıb. 

Qeyd edək ki, İsrail və Fələstin arasında barış danışıqları 2014-cü ilin aprelində dayandırılmışdı. 

Ağarza Elçinoğlu