Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma halı qeydə alınıb.

Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 226 459 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4547 nəfərə yüksəlib.