Gürcüstan parlamentinin bu gün saat 12:00-a təyin olunan növbədənkənar iclası üç saat gecikmədən sonra başlayıb.

Unikal.org xəbər verir ki, gecikməyə səbəb qanunverici orqanın iclas zalında baş verən qarşıdurma olub.

Qarşıdurma zamanı müxalifət partiyalarından olan deputatlar gərginliyə səbəb olub. Belə ki, onlar spikerin kürsüsünü tutaraq hökumətin istefasını tələb ediblər.

Müxalifəti təmsil edən millət vəkillərinin bir qismi zaldan çıxarılıb.

Hazırda iclasda 85 deputatın iştirakı ilə davam edir.