Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 693 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 462 417, ölənlərin sayı isə 4 716 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 770 nəfər, hazırkı dövrədək isə 415 268 nəfər sağalıb.