Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb. 

Unikal.org xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq,bütün şosse boyunca,20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);

2. Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində) sıxlıq;

3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;

4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;

5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;

6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq;

7. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq;

8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq.